Küləyin sürəti artıb - XƏBƏRDARLIQ

4 Fevral 2025 16:08 (UTC+04:00)

Saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında eyni zamanda bəzi rayonlarda cənub-qərb küləyi əsir.

AzNews.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki,küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Bu sarı xəbərdarlığa uyğundur.

AzNews.az