Nikol yenə vurnuxur: "Ermənistan hazırdır"

5 Fevral 2025 08:35 (UTC+04:00)

Ermənistan Aİ-nin missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Atlantik Şurada müzakirələr zamanı deyib.

“Azərbaycan üçüncü ölkənin qoşunlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməli olduğunu bildirir və açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vurur. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiyası həyata keçirilmiş hissələrində onların yerləşdirilməməsini təklif edirik”, - hökümət başçısı vurğulayıb.

AzNews.az