Şiə dünyasında hüzn günü: İsmaililərin ruhani lideri vəfat edib!

5 Fevral 2025 08:45 (UTC+04:00)

İsmaililərin ruhani lideri Şahzadə IV Kərim Ağa Xan 88 yaşında Lissabonda vəfat edib.

Bu barədə İsmaili İmamət Divanının rəsmi açıqlamasında bildirilir.

IV Ağa Xan 1957-ci ildən, 20 yaşından ismaili icmasına rəhbərlik edir.

Ənənəyə görə, yeni imam sələfi tərəfindən vəsiyyətlə təyin olunur.

IV Kərim Ağa Xanın vəsiyyətinin oxunmasından sonra yeni imamın adının yaxın günlərdə açıqlanması gözlənilir.

AzNews.az