Biləsuvarda Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq müzakirə edilib

5 Fevral 2025 10:21 (UTC+04:00)

Biləsuvar Rayon İcra Hakimiyyətində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin və onun tərəfdaş şirkəti olan “SOCAR Green”in mütəxəssislərinin iştirakı ilə rayonda tikiləcək Günəş Elektrik Stansiyasının tikintisinə hazırlıq, mövcud vəziyyətin qiymətləndirilməsi və görüləcək işlərlə bağlı növbəti görüş keçirilib.

Görüşdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı, başçının müavinləri, baş proqram meneceri Fernando Villanueva Baschwitz, Neftçala və Biləsuvar Günəş Elektrik Stansiyasının baş direkoru Yernur Jiyenbayev, “Masdar” şirkətinin nümayəndələri Amr Usama, Abdalla Əli AlMarzooqi, Murad Sadıxov, Yaşar Qocayev, Kamil Manafov, tərəfdaş şirkət olan “SOCAR Green”in nümayəndələri İlkin Osmanov və Şamil Nuri tərəfindən tikinti işləri ilə bağlı vəziyyət yenidən müzakirə olunub, cari vəziyyət qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan dövləti ilə “Masdar” şirkəti arasında aparılan danışıqların yekunu olaraq, Biləsuvarda 445 MVt gücündə günəş elektrik stansiyasının tikintisi qərara alınıb və bu məqsədlə Biləsuvar rayonunun inzibati ərazisində, dövlət mülkiyyətində olan 1 454 hektar torpaq sahəsi ayrılıb.

AzNews.az