Dövlət qurumlarına verilən yeni domenlərin sayı azalıb

5 Fevral 2025 11:47 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 1 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83 % azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 19 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 46 % azdır.

2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.

AzNews.az