Ötən il Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb

5 Fevral 2025 11:45 (UTC+04:00)

2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı 303 cinayət işi başlanılıb.

Bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumunda deyib.

O bildirib ki, 95 cinayət işi üzrə istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib:

“40 iş üzrə ziyan ödənməsi səbəbindən icraata xitam verilib. Digər faktlarla bağlı araşdırmalar gedir”.

AzNews.az