"Putinlə o zaman danışacağıq" - Zelenski Ukraynanın şərtlərini açıqlayıb

5 Fevral 2025 13:47 (UTC+04:00)

Ukrayna prezidenti Vladimir Zelenski , Ukrayna xalqının “zəruri hesab etməsi” şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

AzNews.az xəbər verir ki, o, bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsində bildirib.

"Əgər insanlar diplomatik addımlara keçməli olduğumuza inansalar və mən də diplomatiyaya keçməyə hazır olduğumuza inanaramsa, o zaman Putinlə danışacağıq", - siyasətçi vurğulayıb.

Zelenski həmçinin münaqişənin həlli üçün Putinlə danışıqların şərti kimi ABŞ və Avropa İttifaqının iştirakını göstərib. Onun sözlərinə görə, bu, Kiyevin müzakirəyə hazırlığına da təsir edəcək.

Ukrayna prezidenti həmçinin ABŞ lideri Donald Trampı danışıqlara başlamaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

AzNews.az