Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhd işi üzrə təqsirləndirilən şəxslərə verilən hökmləri elan edib.
Bu barədə “Asia-Plus” portalı mənbələrə istinadən məlumat yayıb.
Dövlət çevrilişinə cəhddə ittiham olunanlar arasında keçmiş siyasətçilər, məmurlar və jurnalistlər, o cümlədən Tacikistanın keçmiş xarici işlər naziri də var. Məlumata görə, onların hamısı 18 ildən 27 ilədək müddətə azadlıqdan məhrum edilib.
Portalın məlumatına görə, Tacikistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Hamroxon Zərifi və Tacikistan Demokratik Partiyasının keçmiş sədri Səidcəfər Usmonzoda 27 il müddətinə azadlıqdan məhrum edilib.
Mövsüm
Aznews.az