Çin XİN Qəzza sakinlərinin zorla çıxarılmasının qəti əleyhinədir

5 Fevral 2025 15:33 (UTC+04:00)

Çin ABŞ prezidenti Donald Trampın təklif etdiyi kimi Qəzza sakinlərinin qonşu ərəb ölkələrinə məcburi köçürülməsinə qarşıdır.

Bunu keçirdiyi brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.

“Çin həmişə hesab edib ki, “Fələstini fələstinlilər idarə edir ” prinsipi Qəzzada müharibədən sonrakı idarəçiliyin əsas prinsipidir”, - Lin Jian brifinqdə deyib.

Diplomat münaqişənin sona çatmasında maraqlı olan bütün tərəflərin atəşkəs razılaşmasından Fələstin məsələsini siyasi həll yoluna qaytarmaq üçün fürsət kimi istifadə edəcəyinə ümid etdiyini bildirib. Bu, İordaniya və Aralıq dənizi arasında İsrailin yanında Fələstin ərəb dövlətinin yaradılmasını nəzərdə tutan “İki xalq üçün iki dövlət” planına əsaslanır . Yalnız bu yolla Yaxın Şərqdə davamlı sülh əldə edilə bilər.

Mövsüm

Aznews.az