İsveçdə məktəbdə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb

5 Fevral 2025 16:20 (UTC+04:00)

İsveçin Orebro şəhərində məktəbə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu barədə yerli polis məlumat verib.

“Hazırda hadisə nəticəsində 11 nəfərin öldüyü məlumdur. Qurbanların dəqiq sayı hələ ki, məlum deyil”, - deyə məlumatda bildirilir.

Üstəlik, ölənlərdən biri təkbaşına hərəkət edən cinayətkarın özü olub.

Mövsüm

Aznews.az