Trampdan İrana nüvə sazişi təklifi

5 Fevral 2025 16:51 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı onun sülh yolu ilə inkişafına və çiçəklənməsinə imkan verəcək sülh sazişi təklif edib.

Bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan ölkə olmasını istəyirəm", - Tramp deyib.

O, həmçinin əlavə edib ki, bu məsələyə dərhal diqqət yetirilməli və müqavilələr yazılı şəkildə qeyd edilməlidir.

Mövsüm

Aznews.az