Brüssel metrosunun 2 və 6-cı xətləri bu gün səhər saatlarında Klemenso stansiyasında atışmada şübhəli bilinən şəxslərin axtarışı davam etdiyi üçün dayandırılıb.
Bu barədə yerli KİV "VRT News" məlumat yayıb.
“Klemenso metrostansiyası yaxınlığında baş verən atışmada şübhəli bilinən şəxslərin axtarışı aparılır. Metronun fəaliyyəti bir neçə saat dayandırılıb”, - məqalədə deyilir.
Qeyd olunur ki, hücum yerli vaxtla təxminən 06:15-də (Bakı vaxtı ilə 09:15) baş verib.
"VRT News" -un məlumatına görə, hücum edənlər bir nəfəri hədəfə alıblar və qətlin motivi narkotik ticarəti ilə bağlı ola bilər.
Mövsüm
Aznews.az