Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı

5 Fevral 2025 18:25 (UTC+04:00)

Jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb.

Onun bu gün polis tərəfinfən saxlandığı bildirilir.

Şahnaz Bəylərqızının istintaq zərurəti ilə əlaqədar saxlanıldığı bildirilir. Araşdırma aparılır.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az