"Qalatasaray" Premyer Liqada çıxış edən futbolçu ilə danışıqlara başlayıb

5 Fevral 2025 18:38 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un futbolçusu Mario Lemina ilə danışıqlara başlayıb.

Bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.

Qabonlu müdafiəçi 2023-cü ildən "Vulverhempton"un şərəfini qoruyur. O, 2019-2020-ci il mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib.