"Rosatom"un rəhbəri və AEBA-nın baş direktoru Moskvada görüşəcəklər

5 Fevral 2025 18:54 (UTC+04:00)

Rusiyanın "Rosatom" şirkətinin rəhbəri Aleksey Lixaçyov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi fevralın 7-də Moskvada görüşəcəklər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə atom obyektlərinin təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr keçiriləcək.

Daha əvvəl AEBA-dan bildirilmişdi ki, fevralın əvvəlində Zaporojye Atom Elektrik Stansiyasındakı agentlik əməkdaşlarının dəyişdirilməsi planlaşdırılır.