Əkrəm İmamoğlu 7,4 il həbs oluna bilər - Türkiyədə günün olayı

5 Fevral 2025 19:03 (UTC+04:00)

İstanbul Böyükşəhər Bələdiyyə (İBB) başqanı Əkrəm İmamoğlu qatıldığı bir paneldə İstanbul Cumhuriyyət Baş Prokuroru Akın Gürlek və onun ailəsi ilə bağlı ifadələrinə görə "terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək", "təhqir" və "təhdid" maddələri ilə araşdırmaya cəlb olunub.

AzNews.az xəbər verir ki, İmamoğlu haqqında "terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək", "təhqir" və "təhdid" ittihamları ilə 2 il 8 aydan 7 il 4 aya qədər həbs cəzası tələbi ilə ittiham aktı hazırlanıb.

Əkrəm İmamoğlu onun haqqında hazırlanan ittiham aktı ilə bağlı sosial media hesabında açıqlama verib.

İmamoğlu paylaşımında bunları qeyd edib:

"Baş prokuror incidi deyə haqqımda hazırlanan ittiham aktını ifadəmi alan prokuror deyil, incik olan baş prokurorun müavini yazıb. Daha məhkəməyə və vəkillərimə göndərilməmişdən əvvəl hakimiyyət mediasına paylanılan sənədlər onların panikasını açıq şəkildə göstərir".