Tacikstanın sabiq xarici işlər nazirinə 27 il iş kəsdilər

5 Fevral 2025 19:39 (UTC+04:00)

Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhdlə bağlı qərar çıxarıb.

AzNews.az “Asia Plus” portalına istinadən xəbər verir ki, müttəhimlər, o cümlədən keçmiş xarici işlər naziri Həmdoxon Zərif 18 ildən 27 ilədək həbs cəzası alıblar.

Ən ağır, yəni 27 il həbs cəzası keçmiş xarici işlər naziri, eləcə də keçmiş deputat və Tacikistan Demokrat Partiyasının sədri Saidcəfər Usmonzodaya verilib.

Məhkəmə Demokrat Partiyasının keçmiş sədr müavini, jurnalist Əhmədşxoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini, hüquqşünas Şokirjon Hakimovu 18 il müddətinə azadlıqdan məhrum edib.

Tacikistanın keçmiş rəsmilərinin həbsləri 2024-cü ilin iyununda başlayıb.

“Asia Plus” yazır ki, hakimiyyət bu işlə bağlı rəsmi məlumat vermir, məhkəmə iclasları bağlı qapılar arxasında keçirilir.

Təqsirləndirilən şəxslər özlərinü günahkar saymayaraq məhkəmədən onlara bəraət hökmü çıxarılmasını xahiş edirlər.

AzNews.az