Yaponiyanın şimalına yağan güclü qar nəticəsində azı bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşiyə istinadən "News Goo" nəşri məlumat yayıb.
“Fevralın 6-da səhər saatlarına kimi yağan güclü qar bir nəfərin ölümünə və dörd nəfərin ağır xəsarət almasına səbəb olub. Binalara ziyan dəyib, 790-a yaxın ev işıqsız qalıb”, - nəşr yazır.
Hayaşi vətəndaşları açıq havada olarkən ehtiyat tədbirləri görməyə və qəzaların qarşısını almağa çağırıb.
Mövsüm
Aznews.az