Filippində özəl təyyarə qəzaya uğrayıb, ölənlər var

6 Fevral 2025 13:08 (UTC+04:00)

Bu gün Filippinin cənubunda yerləşən Maginadanao-del-Sur əyalətində özəl təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Qəza nəticəsində dörd nəfərin həlak olduğu bildirilir.

AzNews.Az