Hazırda azad olunan ərazilərdə 11 məktəbdə 272 müəllim 2 213 şagirdə dərs deyir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, 6 bağça, 16 tərbiyəçi-müəllim və 183 uşaq var.
Onun sözlərinə görə, sayın gələcəkdə artacağı gözlənilir.
AzNews.az