Növbəti tədris ilində kağız jurnallar ləğv olunacaq

6 Fevral 2025 15:42 (UTC+04:00)

Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, "rəqəmsal məktəb" platformasında şagird, valideyin, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq:

"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".

AzNews.az