Məhkəmə qərarı ilə bir saytın fəaliyyəti dayandırıldı

6 Fevral 2025 18:20 (UTC+04:00)

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.

AzNews.az