Zaxarova az qaldı ki, dəsmal götürüb ermənilərin əvəzinə ağlasın...

6 Fevral 2025 20:22 (UTC+04:00)

“44 günlük müharibə Ermənistana müstəqil və suveren olmağa imkan verib” bəyanatı ilə Nikol Paşinyan nə demək istəyib, bunu Ermənistan Baş nazirinin ofisindən soruşmaq lazımdır”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Mənə onun nə demək istədiyini söyləmək çətindir. Mən bilmirəm. O ki, qaldı “erməni soyqırımı” məsələsinə, düzünü deyim ki, mən heç vaxt gözləmirdim ki, Ermənistanda bu məsələyə dövlət və xalqın tarixi cəhətdən formalaşan tam konsensuslu mövqeyi kimi deyil, başqa cür yanaşacaqlar. Mən heç düşünmürdüm ki, illər ərzində formalaşan bu konsolidə olunmuş mövqe Ermənistan cəmiyyəti daxilində hansısa dəyişikliklərə məruz qalacaq. Görürsünüz ki, biz son vaxtlar hansı bəyanatları eşidirik. Mən Davosda səslənən bəyanatı nəzərdə tuturam. Lakin yenə də deyirəm, bu sual bizə ünvanlanmamalıdır. Bizim mövqeyimiz, Dövlət Dumasının müvafiq bəyanatı formalaşıb”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova Paşinyanın “erməni soyqırımı” ilə bağlı İsveçrədə səsləndiridyi bəyanatı, onun sitatlarını təkrarən yoxladığını söyləyib:

“Bu məsələ ilə bağlı bizim mövqeyimiz formalaşıb və dəyişikliyə uğramayıb”.“

AzNews.az