Türkiyə Rusiya tərəfinin tələbi ilə qətl və quldurluqda ittiham olunan Olim Mahmudovu Moskvaya ekstradisiya edəcək.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunur ki, 2008-ci ilin sentyabrında Mahmudov əlbirliyi ilə bir nəfərə hücum edərək onun avtomobilini, mobil telefonunu və təxminən 75 min rubl pulunu oğurlayıb, bundan sonra cinayət yerindən qaçıb.
2009-cu ilin yanvarında cinayətin təfərrüatlarını başqa şəxsin bildiyini anlayan Mahmudov Sankt-Peterburqda park edilmiş avtomobildə oturarkən onun sinəsindən bıçaqla qətlə yetirib. 2011-ci ildə həmin şəxs axtarışa verilib və onun Türkiyədə olduğu müəyyən edilib. Onun ekstradisiyası üçün bu ölkəyə sorğu göndərilib.
Mövsüm
AzNews.az