Bu rayonda qaz təchizatında fasilə olacaq

7 Fevral 2025 15:47 (UTC+04:00)

İmişli rayonunun doqquz yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Fevralın 10-da "İmişli 1" ölçü qovşağından qidalanan, diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmə quraşdırılacaq.

Bu məqsədlə həmin gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (16 qeyri-əhali abonenti; ümumilikdə 4 min 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

AzNews.az