Braziliyada təyyarə avtomobilin üzərinə çırpıldı: ölənlər var

7 Fevral 2025 15:50 (UTC+04:00)

Braziliyanın San-Paulu şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bu barədə yerli G1 portalı məlumat yayıb.

“Kiçik təyyarə cümə günü (7 fevral - red.) səhər saat 07:20 radələrində (Bakı vaxtı ilə 14:20 - Red.) San-Paulonun qərb zonasında, Barra Funda prospektində qəzaya uğradı. Ən azı iki nəfər həlak olub, iki nəfər yaralanıb”, - nəşr yazır.

Təyyarənin avtobusun və küçədə dayanmış avtomobilin üzərinə düşdüyü, nəticədə avtobusun alovlandığı bildirilir.

Mövsüm

AzNews.az