Şolz Trampın fələstinliləri Qəzzadan köçürmək planına qarşıdır

7 Fevral 2025 17:49 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin köçürülməsi planına qarşı çıxıb.

Bu barədə Almaniyanın DPA xəbər agentliyi məlumat yayıb.

Şolz qeyd edib ki, o, Amerika liderinin təklifini tamamilə rədd edir.

Kansler Lüdviqsburqda keçirilən seçki tədbirində deyib: "Biz Qəzza əhalisini Misirə köçürməməliyik".

Mövsüm

AzNews.az