Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
AzNews.az xəbər verir ki, bu barədə Qasım Mohiuddin “X” hesabında yazıb.
“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”- diplomat bildirib.
AzNews.az