HƏMAS daha üç israilli əsiri azad etdi

8 Fevral 2025 14:14 (UTC+04:00)

Qəzzada HƏMAS hərəkatı üzvlərinin azad etdiyi üç israilli əsir Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq vasitəçilərin sərbəst buraxılmış əsirləri İsrail ərazisinə çatdırdığı bildirilir.

AzNews.az