Hacıqabulda zəlzələ olub

8 Fevral 2025 19:13 (UTC+04:00)

Hacıqabulda 3,1 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Təbiət hadisəsi Bakı vaxtı ilə 18:31-də Şirvan stansiyasından 20 km şimalda qeydə alınıb.

Yeraltı təkanların ocağı 38 km dərinlikdə olub.

Aznews.az