Tramp Putinə zəng etdi: "Müharibəni bitirmək üçün konkret planım var"

9 Fevral 2025 09:00 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı münaqişəni müzakirə edib.

Bu barədə Ağ Ev rəhbəri “New York Post”a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Vladimir Putin Ukraynadakı münaqişədə insanların ölməsini dayandırılmasını istəyir.

Ağ Ev rəhbəri həmçinin Baydendən fərqli olaraq Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair suala ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.

AzNews.az