Goranboyda yük avtomobili “Qaraçay” çayına aşıb

9 Fevral 2025 12:42 (UTC+04:00)

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Fevralın 8-də saat 16 radələrində rayonun Qızılhacılı kənd sakini 1995-ci il təvəllüdlü Orucov Yusif Ənvər oğlu idarə etdiyi “KamAZ” yük markalı nəqliyyat vasitəsi ilə Goranboy-Ağcakənd avtomobil yolunun Yuxarı Ağcakənd qəsəbəsinin ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi “Qaraçay” çayına aşıb, Y.Orucov aldığı bədən xəsarətlərindən ölüb.

Faktla bağlı Goranboy RPŞ-nin İB-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

AzNews.az