Son iki ildə 1300 müəllim işdən kənarlaşdırılıb - SƏBƏB

10 Fevral 2025 12:08 (UTC+04:00)

Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, müəllimlərlə aparılan iş ağrılı prosesdir:

"İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır".

AzNews.az