Gürcüstanın Baş Prokurorluğu xarici təşkilatlara yardımla bağlı araşdırmaya başlayıb

10 Fevral 2025 15:25 (UTC+04:00)

Gürcüstanın Baş Prokurorluğu təxribat və ölkəyə qarşı düşmənçilik fəaliyyətinin həyata keçirilməsində xarici təşkilata dəstək verilməsi ilə bağlı işi araşdırır.

Departament bu barədəöz saytında məlumat yayıb .

“Fevralın 8-də Gürcüstan Baş Prokurorluğunun İstintaq Departamenti ağırlaşdırıcı şəraitdə təxribat, təxribata cəhd və Gürcüstanın dövlət maraqlarını pozmağa yönəlmiş düşmənçilik fəaliyyətində xarici təşkilata köməklik göstərilməsi faktları ilə bağlı araşdırmaya başlayıb”, - prokurorluğun bəyanatında deyilir.

Bildirilir ki, istintaq Respublika Cinayət Məcəlləsinin qanun pozanların 5 ildən 10 ilədək və 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan iki maddəsi ilə aparılır.

Mövsüm

AzNews.az