İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib

10 Fevral 2025 15:56 (UTC+04:00)

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.

Aznews.az