Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub

10 Fevral 2025 17:30 (UTC+04:00)

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətində dəyişiklik edilib.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bundan əvvəl Fondun sədr müavini vəzifəsində çalışan B.Əzimov “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alıb.

Digər əmrlə Rüfət Tağı Zadə isə Fondun sədr müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın dövlət tənzimlənməsi və Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. Rüfət Tağı Zadə bundan əvvəl Elm və Təhsil Nazirliyinin Peşə təhsili siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

AzNews.az