İspaniya Qəzzaya 12 ton humanitar yardım göndərib

10 Fevral 2025 19:50 (UTC+04:00)

İspaniya Qəzzaya çatdırılmaq üçün Madriddən İordaniyanın paytaxtı Əmmana sağlamlıq və sığınacaq ləvazimatları da daxil olmaqla 12 ton humanitar yardım göndərib.

İspaniya Xarici işlər naziri Jose Manuel Albares Madrid Barajas Hava Limanında jurnalistlərə verdiyi açıqlamada, "Qəzzada fələstinlilərin ağır humanitar vəziyyətini yüngülləşdirmək üçün hazırlanmış sağlamlıq və sığınacaq materiallarının olduğu 60 paletdə 12 ton humanitar yardımın" Qəzzaya çatdırılmaq üçün bu gün İordaniyaya göndəriləcəyini açıqlayıb.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən İspaniya Beynəlxalq İnkişaf Əməkdaşlıq Təşkilatı (AECID) vasitəsilə hazırlanan humanitar yardım materiallarının İordaniyadakı İspan Qırmızı Xaç qruplarına çatdırılacağını bildirən Albares, "Bu yardımdan çoxu qadın və uşaq olmaqla ümumilikdə 3 min nəfər, 600 ailə faydalanacaq. "İspan humanitar yardımı Qəzzada baş verən humanitar fəlakəti və Qəzza əhalisinin hazırda yaşadığı dəhşətli vəziyyəti yüngülləşdirməyə və normal vəziyyətə qayıtmalarına dəstək verməyə davam edəcək",- deyə vurğulayıb.

Mövsüm

AzNews.az