Ermənistan: "Danışıqlarda Rusiyanın vasitəçiliyi qəbul edilməyəcək"

11 Fevral 2025 12:02 (UTC+04:00)

Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini çətin ki, qəbul etsin.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

"Fikrimcə, bu, çətin ki, mümkün olsun. Əlbəttə, biz hər bir konkret təklifi müzakirə edirik, lakin keçmiş təcrübə çoxlu sayda pis xatirələr qoyub, hələ də cavabsız qalan çox suallarımız var", -

o qeyd edib.

AzNews.az