Əfqanıstanın şimalında bankda baş verən partlayış nəticəsində 5 nəfər ölüb.
Bu barədə Şəmşad portalı polisə istinadən X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
Qeyd olunur ki, insident yerli vaxtla saat 8:30-da baş verib. Portalın məlumatına görə, partlayış Kunduz əyalətində dövlət işçiləri maaşlarını almaq üçün Kabul Banka toplaşarkən baş verib. Partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
Polis bunun terror aktı olduğunu bildirib.
Mövsüm
Aznews.az