ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına 25% rüsum tətbiq etməsi iqtisadi baxımdan əks-məhsuldar qərardır.
Bunu Avropa Parlamentinin iclasında ticarət və iqtisadi siyasət üzrə Avropa komissarı Maroş Şefçoviç deyib.
Şefçoviç deyib: “Aİ ixracımıza rüsum tətbiq etmək üçün heç bir əsas görmür, çünki bu, iqtisadi cəhətdən əks-məhsuldardır, xüsusən də bizim geniş transatlantik ticarət və investisiya əlaqələrimizin yaratdığı dərin inteqrasiya olunmuş istehsal zəncirlərini nəzərə alsaq”.
Onun sözlərinə görə, tariflər biznesə və ABŞ istehlakçılarına zərər vurur.
Mövsüm
Aznews.az