"Qalatasaray"- "Fənərbaxça" derbisi: Geriyə sayım başladı

11 Fevral 2025 19:28 (UTC+04:00)

Türkiyə Super Liqasının 25-ci turunda keçiriləcək “Qalatasaray” - “Fənərbaxça” derbisinin tarixi məlum olub.

İstanbul nəhəngləri arasında qarşılaşma fevralın 24-də, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 21.00) baş tutacaq.

Qeyd edək ki, birinci dövrədə keçirilmiş qarşılaşmada “Qalatasaray” “Fənərbaxça”nı səfərdə 3:1 məğlub etmişdi.

AzNews.az