"Trampa qarşı ədalətsiz idilər, indi narahatdırlar" - Prezident İlham Əliyev

12 Fevral 2025 14:17 (UTC+04:00)

Avropa liderləri arasında (Prezident Trampla bağlı – red.) ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir.

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

“Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb”, -

deyən dövlətimizin başçısı bunun onun fikri olduğunu, ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmədiyini vurğulayıb.

AzNews.az