Almaniyada sərnişin qatarı yük maşını ilə toqquşub.
Hamburq şəhərində hərəkət edən tonlarla polad relsləri daşıyan yük maşını çox yükləndiyi üçün həmsəviyyədən vaxtında keçə bilməyib.
Qəza nəticəsində 55 yaşlı sərnişinin öldüyü müəyyən edilib.
25 nəfərin yaralandığı qəzada yanğınsöndürmə idarəsi və 103 nəfərdən ibarət təcili yardım qrupu çalışıb.
Yaralılardan bəziləri helikopterlə xəstəxanaya çatdırılıb.
Yük maşını sürücüsü qəsdən adam öldürmə və dəmir yolu hərəkətinə təhlükə törətmək ittihamı ilə saxlanılıb.
Hamburq polisi və federal polis hadisə ilə bağlı araşdırmaya başlayarkən qatar xətti müvəqqəti olaraq nəqliyyata bağlanıb.
Mövsüm
Aznews.az