Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müşavir təyin edilib.
AzNews.az Nazirliyə istinadən xəbər verir ki, bu vəzifəyə Quliyev Orxan Madar oğlu gətirilib.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işə başlayan O. Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovation Center” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Orxan Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.
AzNews.az