Alimlər Antarktidada "qaz planeti" kəşf etdilər

12 Fevral 2025 19:01 (UTC+04:00)

İspan alimləri Antarktidanın dərinliklərində geniş miqyaslı metan emissiyalarını qeydə alıblar.

Bu barədə "El Pais" qəzeti məlumat yayıb.

“İspan alimləri qrupu Antarktidanın dibində “külli miqdarda metan emissiyası” aşkar ediblər - bu qaz planeti karbon qazından (CO₂) təxminən 30 dəfə çox qızdıra bilir”, - nəşrdə deyilir.

Ekspedisiyanın rəhbərləri, geoloqlar Rikardo Leon və Roger Urgeles, kəşf etdikləri metan şleyflərinin uzunluğunun 700 m, eninin isə 70 m olduğunu bildiriblər, bu emissiyalar planet üçün iqlim bombasına çevrilə bilər. Alimlər bunun sualtı sürüşmə və sunamilərlə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

Mövsüm

Aznews.az