Ermənistan Rusiyaya arxa çevirdiyini qanunla təsdiqlədi: Avropa İttifaqına daxil olmaq üçün hüquqi proses başladı

12 Fevral 2025 18:57 (UTC+04:00)

Ermənistan parlamenti fevralın 12-də keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib.

AzNews.az tarixi Azərbaycan şəhəri İrəvanda fəaliyyət göstərən News.am saytına istinadən verdiyi xəbərə görə, layihəni 63 deputat dəstəkləyib, cəmi 7 deputat əleyhinə çıxıb.

Qanunun təşəbbüskarı 2 ay ərzində 60 min imza toplaya bilmiş (qanunla tələb olunan 50 min imzadır) “Demokratik Qüvvələrin Platforması” vətəndaş təşəbbüsüdür. Bu imzalar layihənin baxılmaq üçün Milli Məclisə təqdim edilməsi üçün lazım idi.

2024-cü il yanvarın 9-da layihə Ermənistan Respublikası hökuməti tərəfindən təsdiq edilib.

AzNews.az