Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılması qeyri-realdır - Pentaqondan bədbin açıqlama

12 Fevral 2025 19:04 (UTC+04:00)

Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılması qeyri-real məqsəddir.

Bunu Brüsseldə Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) iclasında Pentaqonun rəhbəri Pit Heqset bildirib.

“Biz Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmağın qeyri-real məqsəd olduğunu etiraf etməklə başlamalıyıq".

Bundan əlavə, Heqset əlavə edib ki, Vaşinqton Kiyevin NATO-ya daxil olmasını sülh prosesinin real nəticəsi hesab etmir. Pentaqon rəhbəri həmçinin Ukraynada Amerika hərbçilərinin olmayacağına da inandırıb.

Mövsüm

Aznews.az