Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə Musavat.com xəbər verir.
Məlumata görə o, müraciətində azadlığa çıxmaq üçün dövlət başçısından humanistlik göstərməsini xahiş edib. Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident İlham Əliyev,
Cənab Prezident, yazaraq Sizdən xahiş edirəm ki, anamın və özümün sağlamlığımda yaranmış ciddi problemlərə görə azadlığa çıxmağım üçün humanistliyinizi göstərərək öz göstərişinizi verəsiniz".
Qeyd olunur ki, Hüseyn Abdullayev bir müddətdir həbsdədir və onun adı zaman-zaman ictimai müzakirələrə səbəb olub.
AzNews.az