2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları çərçivəsində 1 idman növü üzrə yarış Xankəndidə təşkil ediləcək.
AzNews.az xəbər verir ki, bu barədə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclasında bildirilib.
Qeyd edilib ki, III MDB Oyunları Gəncə şəhərində və digər 6 şəhərdə sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək.
AzNews.az xatırladır ki, Ermənistan da MDB-nin üzvüdür və bu ölkə 2027-ci ildə oyunlara ev sahibliyi edə bilməyəcəyini açıqlamışdı. Ermənistan idmançılarının Xankəndidə keçiriləcək yarışlara qatılıb-qatılmaması isə həm maraq, həm də şübhə doğurur.
AzNews.az