İsveçrə Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirir

12 Fevral 2025 21:21 (UTC+04:00)

İsveçrə Aİ-nin 15-ci sanksiyalar paketi çərçivəsində Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirmək qərarına gəlib.

Bu barədə ölkə hökumətinin mətbuat xidməti rəsmi saytında məlumat yayıb .

“Federal Şura Aİ-nin Rusiyaya qarşı 15-ci sanksiya paketinin tədbirlərinə qoşulmağa qərar verib. Bu tədbirlər 2025-ci il fevralın 13-dən qüvvəyə minəcək”, - deyə məlumatda bildirilir.

İsveçrənin sanksiyalarının Rusiya məhkəmələri tərəfindən qəbul edilən bəzi qərarların tanınmasını və icrasını qadağan edəcəyi bildirilir.

Mövsüm

Aznews.az